Accessibility links

Uyğur lideri Yaponiyaya gedir


Mühacirətdə olan uyğur siyasi fəalı Rəbiyyə Qader bu həftə Yaponiyaya səfər etməyi planlaşdırır. Səfər Çin hökuməti tərəfindən kəskin etirazlarla qarşılanıb. Çinin xarici işlər nazirliyi bazar ertəsi Qaderə visa verdiyinə görə Yaponiya hökumətindən narazı qaldığını bildirib. Rəsmi Pekin israr edir ki, Çinin Sincan vilayətində 200 adamın ölümü ilə nəticələnən iğtişaşları Qader və onun rəhbərlik etditi Dünya Uyğurları Konqresi planlaşdırıb. Qader isə bu ittihamları rədd edərək onun qrupunun Çində uyğur türklərinin hüquqları uğrunda dinc mübarizə apardığın deyir.
XS
SM
MD
LG