Accessibility links

Rusiya patriarxı Ukraynadadır


Rusiya pravoslav kilsəsinin rəhbəri kilsənin doğum yerini ziyarət etmək məqsədilə Kiyevı 10 günlük səfərə gəlib. Bazar ertəsi patriarx Kirill 10-cu əsrdə Rusiya və Ukraynada xristianlığı yaymış Müqəddəs Vladimir abidəsi qarşısında ibadət mərasiminə rəhbərlik edib. O, iki ölkə arsında qırılmaz dini tellərin mövcudluğundan söz açıb. O, daha sonra müstəqil Ukrayna kilsəsinin təsis olunmasına tərəfdar olan prezident Viktor Yuşçenko ilə görüşmüş və 1930-cu illərdə Sovet Kremli tərəfindən Ukrayna xalqına qarşı törədilmiş aclıq genosidinin qurbanlarına həsr edilmiş abidəni ziyarət etmişdir. Patriarxı aeroportda Ukrayna bayrağının rənglərini gemiş yüzlərlə etirazçı qarşılayaraq “Moskva papasını” ölkəni tərk etməyə səsləyiblər. Müstəqil Kiyev patriarxı Filaret bu yaxınlarda Moskva patriarxlığını Kremlin yürütdüyü siyasi xətti dəstəkləməkdə ittiham edib.
XS
SM
MD
LG