Accessibility links

Birləşmiş Ştatlar nüvə danışıqları ilə bağlı İrandan cavab gözləyir


ABŞ Müdafiə naziri Robert Geyts bildirib ki, Obama administrasiyası İranın nüvə proqramı ətrafında danışıqlar təklifinə yaxın zamanda cavab verəcəyinə ümid bəsləyir. Geyts bu açıqlamanı bu gün İsrailə səfəri zamanı verib.

ABŞ Müdafiə naziri İsrail rəsmilərilə İranın nüvə ambisiyalarını müzakirə edib. O deyib ki, Vaşinqon İranın sentyabr ayında BMT-nin Baş Assambleyasının sessiyasının açılışı zamanı onun diplomatik təşəbbüsünə cavab verməsini istəyir.

Getyslə mətbuat konfransı zamanı İsrilin müdafiə naziri Ehud Brak İsrailin İranın nüvə proqramı ilə bağlı bütün variantları saxladığını deyib və qeyd edib ki, hərbi hücum mümkün variant kimi qalır. Lakin Barak əlavə edib ki, prioritet diplomatiyaya verilməlidir.

İsraildən sonra ABŞ Müdafiə naziri kral Abdulla ilə görüşmək üçün İordaniya səfər edəcək.

Bu arada, ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçel Birləşmiş Ştatların regionda sülhə nail olmaq səyləri çərçivəsində Yaxın Şərqdə səfərini davam etdirir. Mitçel Yaxın Şərq sülh prosesini bu gün Misirdə prezident Hüsnü Mübarəklə müzakirə edib.

Misridən sonra Mitçel Fələstin ərazilərinə səfər edəcək fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcək.

XS
SM
MD
LG