Accessibility links

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nünayəndəsi Corc Mitçell İsraildədir


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nünayəndəsi Corc Mitçell İsrailin Qərb Sahilində inşa etdiyi yaşayış məntəqələri barədə danışıqlar aparmaq üçün bu gün İsrailin baş naziri Benyamin Netanyahu il görüşüb. Yaxın Şəqrdə sülh prosesini müzakirə etmək üçün onlar cənab Netanyahunun Qüdsdəki ofisində bir araya gəlmişlər.

Vaşinqtonregionda sülhün bərpası üçün İsrailin yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmalı olduğunu desə də, İsrail bu çağırışı rədd edir və inşa işlərini davam etdirəcəyini bildirir. Cənab Mitçelin İsrailin baş naziri ilə görüşü Birləşmiş Ştatların Ərəb-İsrail sülh planının yeni mərhələsinin bir hissəsidir.

XS
SM
MD
LG