Accessibility links

Maykl Ceksonun ölümünə dair təhqiqat genişləndirilib


ABŞ-ın federal agentləri təhqiqatı genişləndirərək pop kralı Maykl ceksonun şəxsi həkiminin evində və ofisində axtarış aparıb. Təhqiqatçılar anestetik güclü dərmanı ehtiyatsız səkildə verilməsinin adam öldürmə sayılıb sayılmadığını araşdırırlar. HƏkimə qarşı belə bir ittihamın qaldırılması nadir haldır. Rəsmilər göstərməli idilər ki, ehtiyatsız davranış ölüm riski yaradıb. Həkim Konrad Murreyin evində 3 saatlıq axtarışdan sonra Federal Dərman Mühadfizə Administrasiyasının agentləri 5 və ya 6 plastik kanteyner və bir neçə qalın zərf götürüb. Digər tərəfdən isə agentlər Murreyin şəhərdəki bütün tibbi idarələrində 9 saat araşdırma aparıb. Bir neçə qutu götürən təhqiqatçılar, bu dəlillərin nə olduğunu bildirməyiblər.İyun ayının 25-i maykl Ceksonun vəfat etdiyi gün həkim Konrad Mürrey gecəyarıdan sonra iynə ilə onun damarına güclü dərman yeridib.Polis Rəsmi nümayəndənin bildiridyinə görə, Cekson müntəzəm olaraq yatmaq üçün dərman qəbul edirdi.
XS
SM
MD
LG