Accessibility links

Qırğızıstanda polis müxalifət tərəfdarlarını həbs edib


Qırğızıstanda polis ötən həftə keçirilmiş prezident seçkilərinin saxtalaşdırıldığını idiia edərək paytaxt küçələrinə çıxmış müxalifət tərəfdarlarını həbs edib.

Bişkekdə keçirilən aksiyadan sonra 100-ə yaxın müxalifət tərəfdarı saxlanılıb. Hakimiyyətin opponentləri uzunmüddətli aksiyalara başlayacaqları barədə xəbərdarlıq ediblər.

Qırğızıstanın seçki komissiyasının məlumatına görə, ötən həftə keçirilmiş seçkilərdə hazırkı prezident Kurmanbek Bakiyev 76 faizlik səslə qələbə qazanıb. Rəsmilərin dediyinə görə, müxalifət lideri Almazbek Atambayevin topladığı səs 8,4 faiz civarındadır.

Seçkiləri müşahidə etmiş ATƏT isə bildirir ki, səsvermə zamanı seçki qutularına və seçici siyahısına müdaxilə, bir nəfərin bir neçə nəfərin yerinə səs verməsi halları müşahidə olunub.

XS
SM
MD
LG