Accessibility links

Moldovada parlament seçkiləri keçirilir


Moldovada 3 ay əvvəl zorakı küçə nümayişlərinə səbəb olan seçki pozuntularından sonra bu gün moldovanlar parlament seçkilərində iştirak edib. Bu səsvermə post sovet respublikasının öz istiqamətini Rusiyadan çevirərək, Avropa Birliyinə yönəltməsi ilə nəticələnə bilər. Dünən keçirilən seçkilərə qatılan Voronin paytaxt Kişinyovda səs verib. Sorğular göstərir ki, hakim Kommunist partiyası 31 faizlik dəstəyə malikdir. Ancaq analitiklərin fikrincə Avropa tərəfdarı 4 partiya birgə 33 faiz səs toplayaraq alyans təşkil edə və ölkənin çoxdan gözlənilən yeni prezidentini seçə və Qərbə doğru istiqamət ala bilər. Zorakı nümayişlərə səbəb olan 5 aprel parlament seçkilərindən bəri Moldovada siyasi böhran yaşanırdı. Müxalifət həmin seçkilərin saxtalaşdırıldığını iddia edir.
XS
SM
MD
LG