Accessibility links

Çində populyar internet oyunlarına qadağa qoyuldu


Çin hakimiyyəti “mafiya stil” adı ilə tanınan populyar internet oyunlarına ölkə daxilində qadağa qoyub. Pekin bu oyunların gənclərə zərərli olduğunu və anti-ictimai davranışları təbliğ etdiyini deyir.

Çinin Mədəniyyət Nazirliyi internetdə “mafiya stil” adı ilə tanınan oyunun yayımına və istifadəsinə qadağa tətbiq edib. Nazirliyin açıqlamasında deyilir ki, bu qadağanı pozanlar ciddi şəkildə cəzalandırılacaq.

Nazirlik onu da əlavə edir ki, qadağan olunmuş bu cür oyunlar insanlara yalançılıq və qəddarlıq aşılayır, habelə onlara qanqser həyatını təbliğ edir.

Çin özünün 338 milyon internet istifadəçisi ilə dünyada internetin ən çox yayıldığı ölkə sayılır.

Pekinin Donçenq vilayətindəki intenet kafelərdən birində gənclər öz vaxtlarını müxtəlif döyüşləri əks etdirən fantaziya xarakterli oyunlara sərf edə bilirlər.

25 yaşlı An Nan evində komputeri olsa da, daha sürətli internet şəbəkəsindən istifadə edə bilımək üçün hər gün bu klubda bir neçə saatını keçirir.

Nan deyir ki, internet oyunların çoxunda onun təbirincə, cəmiyyətə heç də həmişə yaxşıləq gətirməyən elemntlər, o cümlədən zorakılıq var.

Amma An Nan əlavə edir ki, o, yetkindir və komputer oyunları ilə reallıq arasında seçim etmək iqtidarındadır. Odur ki, Nan hesab etmir ki, hökumətin bu cür oyunları bağlamasına ehtiyac var.

Buna baxmayaraq, artıq bəzi şirkətlər özlərinin internet saytlarından oyun linklərini təmizləməyə başlayıblar. Məsələn, Oak Pacific Interactive adlı populyar sayt öz səhifələrindən "All Corners of the Country," və "Godfather" adlı qara bazar qaydaları və küçə döyüşlərii təsvir edən oyunlar da daxil olmaqla, bir neçə linki çıxarıb. Bir çox internet istifadəçiləri isə bundan təəssüflərini bildiriblər.

Bu il Çin hökuməti internetdə mindən artıq saytı bağlayıb. Son hadisə isə Çin rəsmilərinin ölkə daxilində satılan bütün komputerlərə internetin qarşısını alan proqramların yüklənməsi barədə qərarını təxirə salmasından bir neçə həftə sonraya təsadüf edir.

Hökumət deyir ki, Green Dam Youth Escort kimi tanınan proqram internet istifadəçilərini pornoqrafik saytlardan qorumaq məqsədi güdür.

Ancaq beynəlxalq qrupların, internet fəalları və xarici rəsmiərin təzyiqlərindən sonra Pekin bu qadağanın tətbiqini təxirə saldı.

XS
SM
MD
LG