Accessibility links

Azərbaycanda ilk iki H1N1 virusu aşkar olunub


Dünən iki Azərbaycan vətəndaşından H1N1 xəstəliyi aşkar olunub. Xəstələrdən biri Fransadan, digəri isə İngiltərədən Azərbaycana gəlib. Səhiyyə Nazirliyinin bildirdiyinə görə, hər iki xəstə xəstəxanaya yerləşdirilib.

“Hazırda onların vəziyyəti kafidir. Müalicələri davam etdirilir”, - deyə Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Xəstələrdən biri 13 yaşlı oğlan, digəri isə 40 yaşlı qadındır. Onlardan biri iyulun 27-də, digəri isə iyulun 29-da Azərbaycana gəlib

XS
SM
MD
LG