Accessibility links

Rüstəm Məmmədov: ‘Aşqabadın məhkəmə iddialarının perspektivi yoxdur’



Türkmənistanla Azərbaycan arasında Xəzərdəki yataq mübahisəsinin beynəlxalq Arbitraj Məhkəməsi ilə həlli perspektivi yoxdur. Bunu iyulun 30-da Amerikanın Səsinin canlı efirində keçirilən dəyirmi masada Azərbaycan prezidentinin sabiq sektor müdiri, politoloq Rüstəm Məmmədov bəyan edib.

Cənab Məmmədov deyib ki, Aşqabadın “Kəpəz” yatağı ilə bağlı iddialarının hüquqi əsası yoxdur: “Ümumiyyətlə, Türkmənistan tərəfi məsələləri qarışdırır. Hər iki tərəf əvvəlcə bir araya gəlib, mübahisə predmetini müəyyənləşdirməlidirlər. İndiki halda tərəflər məhkəməyə getsələr, heç nə alınamayacaq və nəticədə bu mübahisə daha da şiddətlənəcək”.

Politoloqa görə, problemin həlli üçün yeganə mümkün beynəlxalq instansiya BMT-nin beynəlxalq məhkəməsi ola bilər ki, indiki halda ora gedən yollar Bakı və aşqabad üçün bağlıdır. Belə ki, bu ölkələrin heç biri sözügedən məhkəmənin fəaliyyətinə dair sənədi ratifikasiya etməyib.


“Beləliklə, aydındır ki, Berdımühəmmədovun bəyanatları təbliğat xarakterlidir. Çox güman ki bu Aşqabad məhkəməyə müraciət etmək barədə hədəsini kimlərində sifarişi əsasında səsləndirib”, - deyə Məmmədov vurğulayıb.

Dəyirmi masanın digər iştirakçısı, politoloq Rasim Musabəyov isə Arbitraj məhkəməsinin bu problemi həll edə biləcəyinə inanır, “bir şərtlə ki, tərəflərin hər ikisi qəbul ediləcək son qərara rəğbət bəsləsinlər”.

Cənab Musabəyov diqqəti ona yönəldib ki, Azərbaycan tərəfinin “Kəpəz” yatağına dair təklifləri reallığa uyğundur. Bakı bu obyektin yarıbayarı istismarına tərəfdardır. “Ancaq məndə olan son məlumatlara görə, Türkmənistanın yataqda iddia etdiyi pay 75 faizə bərabərdir. Bu, həddən artıq çox istəkdir və Azərbaycan tərəfi buna getməməklə düz edib”, - deyə politoloq vurğulayıb.

XS
SM
MD
LG