Accessibility links

BMT təhlükəsizlik problemi üzündən Pakistanda bir neçə ofisini bağlayır



BMT bildirir ki, o, Pakistanın Bəlucistan vilayətində fəaliyyətini bu ilin əvvəlində regionda bir yardım işçisini oğurlamış separatçıların hədələrindən sonra məhdudlaşdırıb.

BMT sözçüsü bu gün bəyan edib ki, təşkilat təhlükəsizlik problemi üzündən regionda bir neçə ofisini bağlayır.

Bu ayın əvvəlində Birləşmiş Bəluc Azadlıq Cəbhəsi BMT missiyasını əraizini tərk etməyəcəkləri təqdirdə onları hədəf alacaqları ilə hədələmişdi.

Bəluc separatçıları bu ilin fevral ayında BMT-nın Qaçqınlar Agentliyinin regiondakı missiyasının rəhbərinin oğurlanmasına görə məsuliyyəti öz üzərlərinə götürmüşdülər.

Separatçı qrup BMT rəsmisini öldürməklə hədələsələr də, sonradan aprel ayında onu sərbəst buraxdılar.

XS
SM
MD
LG