Accessibility links

Britaniyada ABŞ-ın İraqa müdaxiləsinə dəstək verilməsi barədə təhqiqat başlanmaq üzrədir


Britaniyada 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsinə dəstək verilməsi barədə aparılan təhqiqat başlanmaq üzrədir.

Təhqiqatı aparan komissiyanın sədri Con Çilkot, araşdırma planı haqda açıqlama veriləcəyini deyib.

Belə bir rəsmi təhqiqatın aparılması barədə bir neçə ildir ki, Britaniya hökumətinə edilən təzyiqlərdən sonra, baş nazir Qordon Braun yalnız ötən ay onun başlanmasını elan etmişdi.

Cənab Braun deyib ki, araşdırmalar 2001-ci ilin sentyabr ayından bi ilin iyul ayınadək olan dövrü əhatə edəcək.

XS
SM
MD
LG