Accessibility links

İspaniyada kral iqamətqahı yaxınlığında partlayış baş verib


İspan rəsmilərinin bildirdyinə görə, ölkənin Aralıq dənizindəki Mallorka adasında, Mülki Qvardiya mərkəzi yaxınlığında baş verən partlayış iki keşikçinin ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olub. Partlayışın baş verdiyi stansiya İspaniya kralının Palmanovadakı yay iqamətgahı yaxınlığında yerləşir. İspaniya Mülki Qvardiyası bu gün günorta baş verən partlayışın səbəbinin aydınlaşdırıla bilmədiyini desə də, İspaniyanın xəbər agentlikləri bomba partladıldığı barədə xəbər yayımlamışlar.

İspaniya hökuməti dünən ölkənin şimalında yerləşən Borgos şəhərində 60 nəfərin yaralanmasına səbəb olan bomba hücumunda Bask separatçılarını günahlandırıb. Baskların müstəqilliyi uğrunda mübarizə aparan ETA terrorçu qrupu 1960-ci illərdən indiyə qədər 825 adamı qətlə yetirib.

XS
SM
MD
LG