Accessibility links

Bu gün İraqın şiə məscidlərinə silsilə bomba hücumları edilib


İraq polisinin bildirdyinə görə, Bağdadın şiə məscidlərində baş verən silsilə bomba hücumları azı 28 nəfərin ölümünə, 130 nəfərdən çoxunun yaralanmasına səbəb olub. Polis bomba hücumlarının dindarların cümə ibadətinə yığışdığı gün azı beş məsciddə həyata keçirildiyini deyir. Ölümlə nəticələnən hücumlardan birinin Bağdadın şimalında, Saab mahalında partladıldığı bildirilir. Hələlik bu hücumların məsuliyyətini öz üzərinə götürən olmasa da, sünni yaraqlılar və Əl-Qaidə terrorçuları şiələrə qarşı əvvəllər də hücumlar təşkil edirdilər.

İraqda keçən il zorakılıqların aşağı səviyyədə olduğu deyilsə də, bu il iyun ayının 30-dan ABŞ qüvvələrinin İraqın bəzi şəhərlərini tərk etməsindən sonra son bir neçə həftə ərzində hücumların xeyli artdığı bildirilir.

XS
SM
MD
LG