Accessibility links

Rusiya Cənubi Osetiyanı müdafiə etmək üçün hərbi gücdən istifadə edə biləcəyini bildirib


Rusiya bəyan edir ki,Gürcüstan onun sözlərilə təhrikedici fəaliyyətlərini dayandırmasa,Cənubi Osetiyanı müdafiə etmək üçün hərbi güc işlədə bilər.

Rusiyanın Müdafiə nazirliyi bunu Cənubi Osetiya rəsmilərinin Gürcüstanı müşahidə postunu mortira atəşinə tutmaqda ittiham etməsindən sonra elan edib.

Rəsmilər hücum zamanı xəsarət alan olmadığını bildiriblər.

Gürcüstanın Daxili İşlər nazirliyinin sözçüsü bu ittihamları rədd edib.

Daxili İşlər nazirliyi cümə axşamı günü bildirmişdi ki, Gürcüstan və Rusiyanın işğal etdiyi regoin arasında sərhəd yaxınlığındakı kənddəki yoxlama məntəqəsi atəşə tutulub.

Cənubi Osetiya rəsmiləri kənddən mortira atəşinə cavab verildiyini bildiriblər.

XS
SM
MD
LG