Accessibility links

Pakistanda müsəlmanlar və xristianlar arasında toqquşma olub


Pakistanda rəsmilərin bildirdiyinə görə, ölkənin şərqində Puncab vilayətində müsəlmanlarla toqquşmalar zamanı xristian dininə mənusb dörd nəfər öldürülüb.

Vilayətdə azlıqlarla iş üzrə nazir Şahbaz Bhatti deyib ki, radikal müsəlmanlar xristianları Quranı təhqir etməkdə ittiham edərək onların evlərini yandırıblar. Bhatti bu iddiların təsdiq edilmədiyini bildirir.

Televiziyada yanan evlər göstərilib, atışma haqda xəbər verilib. Vilayət rəsmiləri müsəlmanlar və xristianları təmkinə çağırıblar.

Bu arada, polis keçən ay İslamabadda Mariot mehmanxanasında intihar bomba hücumu ilə əlaqədar Əl-Qaidə qrupunun üzvünü həbs edib. Rəsmilər Rao Şakiri İslamabad ətrafında ələ keçiriblər.

XS
SM
MD
LG