Accessibility links

İranda seçkidən sonra həbs edilmiş fəallar Tehranda məhkəmə qarşısına çıxarılıblar


Bu gün Tehranda yüzə yaxın fəal və mötədil siyasətçi mübahisəli prezident seçkilərindən sonra kütəvi etiraz nümayişlərilə əlaqədar məhkəmə qarşısına çıxarılıb.

İranın yarı rəsmi Fars xəbərlr agantliyi Tehran məhkəməsində əyləşən müttəhimlərin foto-şəkillərini dərc edib. Onların bəzisinin əlləri qandallı olub. Rəsmi İRNA xəbər agentliyi müttəhimlərin iqtidarda olan hökumətə qarşı çıxış etmək və digər itthamlarla qarşılaşdığını bildirir.

Məhkəmədə olan bəzi tanınmış siyasi fiqurların iyun ayında keçirilən prezident seçkilərin saxtalaşdırıldığı haqda iddialarından imtina etdikləri haqda xəbərləar verilib. Bu, müxalif nümayişçilərin əsas iddiası idi.

Fars xəbərlər agentliyi bildirir ki, keşmiş islahatçı vitse-prezident Məhəmməd Əli Abtahi Mahmud Əhmədinejadın yenidən prezident seçilməsi üçün səslərin saxtalaşdırmaq barədə iddiları əsassız adlandırıb.

Bu arada, Abtahinin vəkili Saleh Nikbəxt Amerikanın səsinin kürd redaksiyasına bildirib ki, onun məhkəmə başlayana qədər bundan xəbəri olmayıb və əlavə edib ki, məhkəmə zalına buraxılmayıb.

Mərkəzi Birləşmiş Ştatlarda yerləşən Human RightsVVatch bildirir ki, son həftələr ərzində fəalları məhkəmədə müdafiə edə bilməmələri üçün bəzi tanınmış vəkillər həbs edilib. Təşkilat bildirir ki, İran rəsmiləri həbsdə olanlardan saxta etiraf almaq üçün onlarla kobud davranır və onları döyürlər.

Fars xəbər agentliyinə əsasən, bu gün Tehran məhkəməsində müttəhimlər kürsüsündə siyasətçilər arasında Milli Məclisin keçmiş sədr müavini Behzad Nəbəvi və hökumətin sabiq sözşüsü Abdullah Ramazanzadə də olublar. Lakin müttəhimlərin tam siyahısı açıqlanmayıb.

XS
SM
MD
LG