Accessibility links

İraq bazarında bomba partlayışı olub


İraq polisi bildirir ki, Bağdadın şimal qərbindəki Hadisa şəhərində küçə bazarında baş verən bomba partlayışı ən azı 5 adamı öldürmüş, 15 nəfəri isə yaralamışdır. Bomba bu gün səhər bazar izdihamla dolu olan vaxt partlayıb. Qurbanlar arasında qadınlar və uşaqlar var. Yerli qəbilələr Əl Qaidaya qarşı mübarizədə ABŞ qüvvələrinə qoşulanadək Hadisa İraqın ən təhlükəli zonalarından idi. İraqda ötən ay ərzində zorakılıqlar kəskin azalıb. Lakin qiyamçılar hələ də ölümcül hücumlar edərək İraq hökumət qüvvələrinin əhalini qorumaq imkanlarını sınağa çəkirlər.
XS
SM
MD
LG