Accessibility links

Dağıstanda daha bir polis öldürüldü


Rusiya rəsmilərinin dediyinə görə, militanlar Dağıstanda həyata keçirdikləri iki müxtəlif hücumlar zamanı azı bir polis rəsmisini və digər 3 hökumət işçisini güllələyərək öldürüblər.

Öldürülən polis rəsmisi gecə saatların Mahaçkalada pusquya salınıbmış. Bu hücum zamanı daha iki rəsmi isə yaralanıb.

Bu səhər İnquşetiyada həyata keçirilən digər hücum zamansı isə Fövqəladə Hallar Nazirliyinin üç işçisi pusquya salınaraq öldürülüb.

Ötən ayın əvvəllərində İnquşetiya yaxınlığında 9 çeçen polisi yolkənarı pusquya salınaraq, öldürülmüşdü. Onlar İnquşetiyada İslamçı silahlılara qarşı birgə əməliyyatda iştrak edirdilər.

XS
SM
MD
LG