Accessibility links

Gürcüstan Rusiyanı yeni ərazilər zəbt etmək cəhdində ittiham edir


Gürcüstan Rusiyanı separatçı Cənubi Osetiya hüdudlarından kənarda yeni ərazilər zəbt etmək cəhdində ittiham edir. Gürcüstanın Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında Rusiya ordusunun dünən Cənubi Osetiya ərazisinin sərhəddindəki Kveşı kəndinə girərək, ərazi postlarını dəyişdikləri bildirilir. Rusiya tərəfi bu ittihamla bağlı heç bir açıqlama verməsə də, Gürcüstan rəsmiləri və Avropa Birliyinin regiondakı manitorları bu gün rus ordusunun sonradan geriyə, öz mövqelərinə çəkildiyini bildirmişlər.

Qeyd edək ki, keçən il baş verən müharibənin ardınca Rusiya ilə Gürcüstan bir-birlərini hərbi təxribatların sayını artırmaqda ittiham edirlər.

XS
SM
MD
LG