Accessibility links

Aviqdor Liberman yalnız təqsirli bilinəcəyi təqdirdə istefa verəcək


İsrail xarici işlər naziri Aviqdor Liberman dediyinə görə, o, yalnız baş prokuror onu korrupsiya ittihamlarında günahkar biləcəyi təqdirdə öz vəzifəsindən istefa verəcək. İsrail polisi prokurorlara tövsiyə edib ki, Libermanı rüşvət, saxtakarlıq və pul mənimsəməkdə ittiham etsin. Dünən polis rəsmiləri bildirmişdi ki, 9 illik istintaq Libermana qarşı bir sübut mənbəyi tapıb. Ultra-millətçi Yisrael Beyteynu partiyasının lideri Liberman ona qarşı irəli sürülən ittihamları rədd edir.
XS
SM
MD
LG