Accessibility links

Əfqanıstanın paytaxtı Kabil raket hücumlarına məruz qalıb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün paytaxt Kabilə edilən raket hücumları azı 8 nəfərin ölümünə, bir uşaq və bir kişinın yaralanmasına səbəb olub. Rəsmilər raketlərdən birinin Birləşmiş Ştatlar səfirliyinin yaxınlığına, digərlərinin isə şəhərin beynəlxalq aeroportu yaxınlığına düşdüyünü deyirlər. Hücumun məsuliyyətini Taliban öz üzərinə götürmüş və demişdir ki, hədəf aeroport və Əfqanıstanın hərbi bazası idi.

Bu arada xəbər verilir ki, bu gün Zabul vilayətində içərisində kəşfiyyat agentliyinin işçiləri olan maşının yaxınlığında baş verən intiharçı hücumu bir kəşfiyyat işçisinin və 4 mülki vətəndaşın ölümü, 18 nəfərin yaralanmasıilə nəticələnib.


XS
SM
MD
LG