Accessibility links

Rusiyada QHT-lərin vəziyyəti


Rusiyada işləmək orta sinif vətəndaşlar üçün bürokratik əngəllərlə dolu ola bilər. Təsdiq olunmaq üçün əməl etməli çoxsaylı qaydalar, doldurulmalı ərizələr, alınmalı lisenziyalar və iş şərtləri var. Ancaq hökumətin hədə kimi gördüyü qeyri-hökumət təşkilatları üçün çalışanların vəziyyəti daha çətin ola bilər. Moskvadakı “Human Rights Watch”-un ictimai əlaqələr üzrə nümayəndəsi Metyu Şaf bu fikirdədir:“Mübahisəli məsələlər üzərində işləyən və ya siyasi müxalifətlə əlaqəli təşkilatların rəsmilərlə daha çox problemləri olur.”

Belə təşkilatlardan biri Qolos Samaradır. Qurum ölkənin cənubunda Volqa çayı üzərindəki Samara şəhərində seçicilərin hüquqlarını müdafiə edir. Şəhər 2007-ci ildə Avropa Birliyi ilə Rusiya arasında keçirilən sammitə ev sahibliyi edib. Şaf deyir ki, görüş keçirilməmişdən əvvəl hökumət bu ərazidə bütün QHT-ləri bağlamışdı. Burada təşkilatın nə işlə məşğul olduğu rol oynamırdı: “Secici hüquqlarını müdafiə edən QHT-nin əməkdaşları bir gün ofisə gəlir və görür ki, binanın qapılarına möhür vurulub. Səbəb isə yanğın təhlükəsizliyi qaydalarının pozulmasıdır. Onlar hətta qeyri-qanuni kompüter proqramı istifadə etməkdə günahlandırılır. Təşkilatın direktorunu psixiatrik yoxlamadan kecməyə məcbur edirlər.”

Şaf deyir ki, hökumət 2006-cı ildə qüvvəyə minən qanundan istifadə edir. Bu qanun lazımsız auditlərə icazə verir və tələb edir ki, QHT-lər lazımsız sənədləri toplasınlar. Bu isə onların fəaliyyətini çətinləşdirir. Şaf deyir ki, hökumət təşkilatları bağlamaq üçün istənilən qanundan istifadə edir: “Bir qht-nin ətraf mühit məsələlərinə dair işi dayandırmasına təzyiq göstərmək üçün anti-ekstremizm barədə qanundan istifadə etdilər”

2006-cı ildə qabul edilən qanun anti-ekstermizmin mənasını genişləndirərək buraya, xuliqanlıq, rəsmilərin işinə mane olmaq, idealogiya, din və ya etnik səbəblər uğrunda vandalizmi daxil etdi.

Aleksandr VerxovskiMoskvada Sova Məlumat və Analiz mərkəzinin direktorudur. Təşkilat Rusiyada millətçilik və ksenofobiya məsələlərini araşdırır. O deyir ki, onların işlərinə görə, skinhedlərdən ölüm təhdidləri aldıqları zaman Rusiya hökumətinin anti-ekstremizm qanunundan istifadə edərək QHT-ləri istintaqa cəlb etməsi ironiya doğurur.

Verkovski deyir ki, onun bütün şəxsi məlumatlarının veb səhifədə yerləşdirilməsinə baxmayaraq polis məlumatın silinməsi və ya şübhəlilərin müəyyən edilməsi istiqamətində heç bir iş görmür. O deyir ki, ən pis şey isə odur ki, hətta bilmir ki, təhqiqat aparılır ya yox: “Mən rəsmən polis idarəsinə çağırılmamışam. Onlar mənə zəng də etməyiblər. Rəsmi tərəfdən baxanda mən heç nə bilmirəm. Bizim əraziyə baxan polis məntəqəsini tanıyıram. Onlar bu növ hadisələri araşdırmırlar”.

Verkovskinin skeptisizminə baxmyaraq, Duma QHT-lərin fəaliyyətinə qoyulan tənzimləyiciləri yüngülləşdirmək üçün qanun layıhəsini müzakirə edir. Dəyişiklik registrasiya prosesini asanlaşdırmağı və tələb olunan sənədləri azaltmağı nəzərdə tutur.

Ancaq “Human Rights Watch”dan Metyu Şafin fikrincə yeni qanun yalnız Rusiyadakı QHT-lərin üçdə birinə kömək edəcək. Və o deyir ki, bu qanun qurumların üzləşdiyi zorakılıq kimi daha böyük problemlərə sirayət etmir. aaa
XS
SM
MD
LG