Accessibility links

Amerikalı jurnalistlər Şimali Koreyada 5 ay həbsdə qaldıqdan sonra ABŞ-a qayıdıblar


Şimali Koreyada beş ay həbsdə qaldıqdan sonra iki Amerika jurnalisti Birləşmiş Ştatlara qayıdıb. Lora Linq və Yuna Lini daşıyan təyyarə Kaliforniyanın Börbank şəhərinin hava limanında yerə enib.

Jurnalistləri ABŞ-ın keçmiş prezidenti Bil Klinton müşayiət edib. Cənab Klinton iki Amerika jurnalistinin azadlığa buraxılması üçün Pxenayana səfər edərək, Şimali Koreyanın lideri Kim Yonq İllə görüşüb. Linq və Li Şimali Koreyada mart ayında həsb edilmişdilər.

Şimali Koreya məhkəməsi Çin sərhəddini keçib düşmən fəaliyyətləri göstərmək itihamları əsasında onları 12 il ağır əmək düşərgəsində işlməklə cəzaya məhkum etmişdi.

Jurnalistlər ABŞ-ın Current tele-şirkəti üçün Şimali Koreya qaçqınları haqda reportajlar hazırlayıdırlar. Tele-şirkət Bil Klintonun hakimiyyəti dövrü vitse-prezident olmuş Al Qor tərəfindən təsis edilib.

XS
SM
MD
LG