Accessibility links

Hirosimaya qarşı atom hücumundan 64 il keçir


Yaponiyanın Hirosima şəhərinin meri Tadatoşi Akiba nüvə silahlarının məhvinə çağırıb. Merin çağırışları ABŞ-ın 260000 insanın ölümü ilə nəticələnən atom bombası hücumunun 64-cü ildönümü səslənib. Tadatoşi Akiba Amerika prezidenti Barak Obamanın anti-nüvə siyasətini alğışlayaraq, onun aprel ayında Çex respublikasındakı çıxışını diqqətə çatdırıb. Prezident Obama demişdi ki, nüvə silahında istifadə edən yeganə nüvə qüdrəti kimi fəaliyyət göstərmək üçün mənəvi cavabdehlik daşıyır. Mer Akiba insanların əksəriyyətinin nüvə silahlarının ləğvinin tərəfdarı olduğuni bildirib. Hirosima şəhərinin meri Tadatoşi Akiba 64 il əvvəl yayılan radiasiyanın hələ də təsirlərinin hiss edildiyini deyib. Hirosimi hücumundan üç gün sonra Amerikanın Naqasaki şəhərinə ikinci atom bombası salması nəticəsində 70 000 insan həlak olmuşdu. 6 gün sonra Yaponiyanın təslim olması ilə İkinci Dünya Müharibəsi başa çatmışdı.


XS
SM
MD
LG