Accessibility links

Bülent Əlirıza ilə müsahibə: Türkiyənin Qarabağ nizamlanmasında rolu


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar Minsk qrupu çəçivəsində aparılsa da, region ölkələri prosesə bu və ya digər şəkildə təsir göstərə bilir. Bu baxımdan təhlilçilərin fikrincə, Azərbaycanla qardaş əlaqələrinə malik, lakin bu yaxınlara qədər Ermənistanla diplomatik təmasları olmayan Türkiyənin mövqeyi daha maraqlıdır.

"Türkiyə son zamanlar Ermənistanla münasibərtləri yaxşılaşdırmaq istədiyini bildirmişdi. Lakin burada bunun Türkiyənin əvvəllər Azərbaycana verdiyi dəstəyi geri çəkib-çəkməyəcəyi haqda suallar qaldırdı. Baş nazir Rəcəp Tayyib Ərdoğan Bakıya səfər etdi və Türkiyənin dəstəyini davam etdirdiyini və Azərbaycan-Türkiyə münasibətlərinin önəmli olduğunu söylədi. Indi bunu görürük. Ermənistan prezidenti Sarkisyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərin yaxşı getmədiyini söyləmişdi və onlar təbii ki, Türkiyənin Qarabağ məsələsinə hər hansı bir çəkildə qatılmasını istəmirlər. Vaşinqton və Ankara arasında fərq bundan ibarətdir.”

Bülent Əlirzanın sözlərinə görə, münaqişənin nizamlanması prosesində Türkiyənin roluna təsir göstərən başlıca məsələlərdən biri Türkiyə və Ermənistan arasında sərhəd məsələsidir. Rəsmi Vaşinqton dəfələrlə Türkiyəni sərhədlərə açmağa çağırıb. Ankara Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmayana qədər sərhədləri açmayacağını bildirir.

"Sərhədlərin açılması məsələsi uzun müddətdir müzakirə edilir. Həm Ankarada, həm Bakıda, həm də Yerevanda. Sarkisyan son zamanlar bir açıqlama da verdi. Xatırlayırsınızsa, futbol matçı ilə bağlı. Türkiyə prezidenti Abdulla Gül yeravana getmişdi. Onun özünün Ankaradakı matça gəlməsi üçün sərhədlərin açılmalı olduğunu söylədi. Lakin məsələ belə həll edilməz. Çünki Türkiyə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanı müstəqil dövlət kimi tanıdı, lakin diplomatik münasibətlər yaratmadı və məsələni də bağladı. Bunun səbəbi də Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı idi. Erdoğanın da Bakıda dediyi ondan ibarət idi ki, işğal davam edənə qədər Türkiyə Azərbaycanın maraqlarına zidd olan bir addım atmayacaqdır və buna görə də açılma məsələsi də Azərbaycanın istəmədiyi bir şəkildə gerçəkləşməyəcəkdir. Türkiyənin istədiyi budur: Azərbaycan və Ermənistan Qarabağ məsələsində bir anlaşma əldə edir. O zaman Türkiyə Ermənistanla məsələni Azərbaycanı rahatsız etməyəcək bir şəkildə həll edə bilər. Lakin bunun əvvəl də görmüşdük. 1996-cı ildə o zaman Amerikanın Dövlət Depratamentindən Strob Talbot Türkiyəyə gəlmişdi və məsələnin həlli üçün münasib vaxt olduğunu demişdi və Vəfa Quluzadə ilə Ermənistan tərəfindən Jerar Liberidiyan arasında danışıqlarda inkişafın olduğunu demişdi. Türkiyə də buna görə açacağını demişdi. Ondan sonra nə oldu. O zaman Türkiyənin baş naziri Məsud Yılmaz Bakıya getmiş və Heydər Əliyevlə görüşmüşdü. Söz vermişdi ki, Qarabaö torpaqlarından çıxmayana qədər və qaçqınlar evlrinə qayıdana qədər sərhəd açılmayacaq. Dəyişən bir şey yoxdur. Lakin son zamanlar nə oldu. Münasibətlərin normallaşması məsələsi qalxanda Bakıda “Türkiyə bu vədinə əml etməyəcəkmi” deyə sual verildi. Fikrimcə, qorxulu bir şey yoxdur. Baş nazir Erdoğan dediyi kimi, Azərbaycanı təmin edəcək bir anlaşma olmadan Türkiyə sərhəddi açmayacaqdır. Mən mümkün olaraq görümrəm, amma açarsa, o zaman Türkiyə və Azərbaycan arasında münasibətlər daha pis məqama yetişəcək. Türkiyə də Azərbaycanla münasibətlərinin pisləşməsini istəmədiyi üçün bunu etməyəvək. “

Türkiyə-Amerika arasında İraq müharibəsindən sonra gərgin olan münasibətlərin son zamanlar yaxşılaşdığına işarələr olduğunu deyən Bülent Əlirzanın fikrincə, ermənilərin iddia etdiyi soyqırım məsələsi yenə də bu münasibətlərə təhlükə olaraq qalır.

“Amerika və Türkiyə arasında münasibətlərin yaxşılaşdığı bir gerçəkdir. Lakin ermənilərin iddia etdiyi soyqırım məsələsi təhlükə olaraq qalır. prezident Obama seçildikdən bir müddət sonra apreldə Türkiyəyə səfər etdi.Bu, adi bir şey deyil ki, bir Amerika prezidenti seçildikdən bir neçə həftə sonra Türkiyəyə səfər etsin. Orada da o, bu mövzuya toxundu və Türkiyə ilə Erməsnitan arasında münasibətlərin normallaşmasına dəstəyini bildirdi.Ondan sonra Vaşinqtona gəldi və 24 aprel yaxınlaşdıqca ona erməni lobbisi tərəfindən böyük təzyiq göstərildi.Obama genosid kəlməsini işlətmədi, erməni dilində söz işlətdi.Lakin çox mühüm bir şey etdi və mənim fikrimcə, təhlükəli bir şey etdi.O da ondan ibarətdir ki, Türkiyə ilə Ermənistan arasında normallaşması il iddia edilən soyqırım arasında bir bağlılıq yaratdı.Bu bağlılıq da odur ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmağa başlayırlar, tarixdə bütün məsələləri gedirə qoyacaqlar. Ona görə də“mən bu genosid məsələsi ilə məşğul olmaq istəmirəm” kimi bir şey dedi.Təhlükə nədən ibarətdir.Bu iki məsələ bir-birinə bağlanırsa, Türkiyə də normallaşma istiqmətində bir addım atmazsa, o zaman prezident Obamanın gələcək aprel ayında belə bir ifadəni işlətməsi Türkiyəni çox narahat edəcək və Amerika ilə Türkiyə arasında münasibətlər yenidən pisləşəcək, və ya Ağ Ev Konqresdə atılacaq bir addıma qarşı çıxmayacaq. Türkiyə və Amerika münasibətlərində erməni məsələsi belə yer tutur. Azərbaycan faktoru da var. Türkiyənuin xarici siyasətinə baxdıqda, Türkiyə ABŞ-la yaxşı münasibətlər istəyir.Türkiyə Azərbaycanla da bir millət, iki dövlət formulu ilə münasibətləri yaxşı səviyyədə saxlamaq istəyir.Eyni zamanda, Türkiyə bütün qonşuları ilə yaxşı münasibətlər istədiyi üçün Ermənistanla da əlaqələrin olmasını istəyir.Bu üçü bir-birinə bağlıdır.Qafqazda olanlar, Türkiyə ilə əlaqəli hadisələr Türkiyənin Vaşinqtonla münasibətlərinə təsir göstərəcək.Mən indi görürəm ki, burada erməni lobbisinə yaxın qanunvericilər bu iki məsələni bir-birindən ayırmaq istəyirlər. Onlar deyir ki, normallaşma istiqamətində bir şey olmur, Türkiyə yeni şərtlər irəli sürür ona görə də, prezident Obamanın genosid sözünü işlətməsini istəyiri. Əlbəttə, Türkiyə və Amerika arasında münasibətlərdə başqa cəhətlər də var.Lakin ən böyük məsələ iddia edilən soyqırımdır.”

Təhlilçi onu da qeyd edir ki, ABŞ administrasiyasında hakimiyyətə hansı siyasi partiyanın gəlməsindən asılı olmayaraq Amerika Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Lakin Bülent Əliriza Vaşinqtonda bəzi təhlilçilər kimi Minsk qrupunun nə dərəcədə təsirli olduğu və Rusiyanın həqiqətən də münaqişənin həllində maraqlı olduğu haqda sual qaldırır.

“Son zamanlar Rusiya ilə münasibətlər Buşun hakimiyyəti dövrü pozulmuşdu. Obama administrasiyası və demokratlar bu münasibətləri düzltmək istəyirlər. Ruslarla münasibətlərdə Qafqaz və Qarabağ məsələləri gündəmə gəlir. Obama administrasiyası bir məsələyə diqqət yetirməlidir. Rusiya Qarabağ probleminin həllini həqiqətənmi istəyirmi. Məndən soruşsanız, mən istəmir deyirəm. Çünki Dağlıq Qarabağ məsələsi həll olursa, o zaman Türkiyə Ermənistan arasında sərhəd açılacaq. Ermənistan qərb dünyasına bağlanmış olacaq. Azərbaycan üzərində nəzarəti saxlamağa imkanı verən bir məsələ aradan qalxmış olacaq. Yəni, Moskvanın Bakını nəzarəti altında saxlması daha çətin olacaq. Onun üçün məsələyə Vaşinqtondan baxanda bu sadəcə Qafqazda iki ölkə olan Azərbaycan və Ermənistan arasında Qarabağ Türkiyə məsələsi deyil, eyni zamanda, burada Rusiya faktoru da var və Obamanın hakimiyyəti dövrü bəlkə dəyişən də bu məsələ oldu.”



XS
SM
MD
LG