Accessibility links

Dəyirmi Masa: Rusiyanın Gürcüstana müdaxiləsinin ildönümü


Bu günlər Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin ildönümü tamam olur. Ötən il bu vaxtlar rus qoşunları Gürcüstan ərazilərinə daxil olaraq Cənubi Osetiya, Abxaziya və Gürcüstanın bir neçə şəhərini işğal etdilər. Sonradan gürcülərin məskunlaşdığı ərazilərdən çəkilən Rusiya beynəlxalq ictimaiyyətin, ələlxüsus ABŞ-ın sərt etirazlarına baxmayaraq Abxaziya və Cənubi Osetiyanın müstəqillikərini tanıdı. Rusiya-Gürcüstan müharibəsi və onun Cənubi Qafqaz regionuna təsirlərini müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə sabiq dövlət təhlküəsizlik müşaviri Vəfa Quluzadə və Azərbaycan-Atlantik Əməkdaşlıq Assossiyasının rəhbəri Sülhəddin Əkbəri dəvət etdik.

Vəfa Quluzadə Rusiyanın Gürcüstana müdaxiləsindən danışarkən Moskvanın Cənubi Qafqazı büsbütün itirmək ərəfəsində olduğunu qeyd etdi. Onun sözlərinə görə Gürcüstanın NATO-ya üz tutması Rusiyada təşviş doğurur və bu tendensiyanın qarşsını almaq üçün ruslar Gürcüstanda hakimiyyət dəyişikliyinə çalışırlar. Cənab Quluzadənin sözlərinə görə neo-imperialist məramlardan çıxış edən Rusiya Gürcüstana nəzarəti ələ almaqla regiondakı enerji layihələrini dayandırmaq və Azərbaycanın Avropaya çıxışını qapatmaq məqsədi güdür. Lakin rusların bu niyyəti hələ həyata keçməyib. Belə ki, prezident Mixail Saakaşvili Qərbdən kifayət qədər dəstək alıb və onun ölkədə apardığı islahatlar və xarici siyasət kursu cəmiyyət tərəfindən dəstəklənir.

Politoloq Sülhəddin Əkbər hesab edir ki, Rusiyanın Gürcüstanı zəbt etməsi başqa sabiq Sovet respublikaları üçün nümunə xarakteri daşıyırdı. Bunu etməklə Moskva haməya göstərməyə çalışırdı ki, onun icazəsi olmadan bu məkanda heç bir dövlət müstəqil xarici siyasət yürüdə bilməz. Rusiyadan Azərbaaycana olan potensial təhlükə haqda danışan cənab Əkbər qeyd etdi ki nə qədər ki, rəsmi Bakı Moskvanın maraqlarını açıq şəkildə sınağa çəkən addımlar atmır, onda Rusya Azərbaycanla bağlı müalyim siyasətini davam etdirəcək. Lakin Azərbaycan nə vaxtsa öz torpaqlarını qaytarmağa cəhd göstərsə və ya Türkiyə ilə yaxın hərbi əməkdaşlıq aparmağa cəhd etsə, onda Rusiyanın mövqeyi sərt şəkildə dəyişəcək.


XS
SM
MD
LG