Accessibility links

Kolombiyanın hərbi bazalarına əlavə ABŞ qüvvələrinin yerləşdirilməsi planı tənqid edilir


Cənubi Amerikanın bir neçə ölkəsinin prezidenti Kolombiyanın hərbi bazalarına əlavə ABŞ qüvvələrinin yerləşdirilməsi planını tənqid edib. Tənqidlər Kolombiya prezidenti Alvaro Uribenin planına dəstək əldə etmək məsdəqi ilə turneyə çıxdığı vaxt səslənib. Venesuela prezidenti Uqo Çaves deyib ki, Amerika qüvvələri onun ölkəsinə hədə törədə bilər. Prezident Çaves əlavə qüvvələrin Venesuelaya hücum edənlər üçün təkan olacağını bildirib.

Boloviya prezidenti Evo Morales gələn həftə Ekvadorda keçirələcək sammit zamanı Cənubi Amerika ölkələrini planın rədd edilməsinə çağıracağını bildirib. Braziliya prezidenti Luiz İnaçio Lula da Silva da planla bağlı narahatlığını ifadə edib.

Çili isə plana münasibət bildirməyib.

XS
SM
MD
LG