Accessibility links

Hillari Klinton Nayrobidədir


ABŞ dövlət katibi Hillari Klinton deyir ki, Birləşmiş Ştatlar Keniyanın 21-ci əsrdə lider rolu olmasını istəyir, ancaq o, bunun Keniyanın özündən asılı olduğunu dilə gətirib. Afrikaya səfərinin ikinci günü Nayrobidə danışan xanım Klinton prezident Barak Obamanın Qanaya səfəri zamanı səsləndirdiyi ifadənin oxşarını işlədərək "Keniyanın gələcəyi Keniyadan asılıdır" deyib. Günün əvvəlində dövlət katibi 1998-ci ildə Keniya və Tanzaniyada səfirliklərə Əl-Qaidənin həyata keçirdiyi ehtimal olunan hücum zamanı həlak olanların abidəsi önünü əklil qoyub. Hadisənin 11-ci ildönümündən bir gün öncə xanım Klinton deyib ki, bu bizim həll yollunu dəyişdiyimiz və gələcək hücumlarda daha az günahsızın öldürülməsinə təminat verdiyimiz an idi. Dövlət katibinin bu gün habelə Nayrobidə Somali prezidenti Şeyx Şərif Şeyx Əhmədlə görüşü gözlənilir. Hillari Klinton deyib ki, görüş zamanı Somali liderinin öz hökumətində sabitliyi bərpa etmək səylərini dəstəkləmək üçün beynəlxalq ictimaiyyətin atacağı addımları müzakirə etməkdir.
XS
SM
MD
LG