Accessibility links

Rusiya Avropanın enerjiyə dair xartiyasında iştirakdan imtina edib


Rusiya Avropa ölkələrinin enerji sistemlərinin inteqreasiyasını nəzərdə tutan Avropa Enerji Xartiyasında formal olaraq iştirakdan imtina edib.

Rusiyanın baş naziri Vladimir Putin bu haqda qərara imza atıb.

Rusiya və daha 50 ölkə Xartiya və onunla bağlı sazişi 1994-cü ildə imzalayıblar, lakin Rusiya qanunvericiləri sənədi heç vaxt ratifikasiya etməyiblər.

Avropa İttifaqı və digər rəsmilər Moskvaya fəaliyyətə keçmək üçün təzyiq göstəriblər, lakin Rusiya rəsmiləri konstitusiya əsasında bundan imtina ediblər.Onlar xarici şirkərlərə Rusiya kəmərlərinə tranzit çıxış imkanı verən şərtə razılıq verə bilməyəcəklərini deyiblər.

Xartiya enerji təchizatının təhlükəsizliyini təmin etməyi nəzərdə tutmaqla yanaşı, transit şərtlərilə bağlı mübahisələrə görə təchizatın dayandırılmasını qadağan edir.

XS
SM
MD
LG