Accessibility links

ABŞ konqresmeni Vaşinqtonu əsas diqqəti yəhudi yaşayış məntəqələri deyil, İrana yönəltməyi tövsiyə edir


Respublikaçı konqresmen Erik Kantor deyib ki, Vaşinqton İsrailə yəhudi yaşayış məntəqlərilə bağlı təzyiq göstərməkdənsə, İrandan gələn nüvə təhlükəsinə diqqət yetirməlidir.

Kantor ABŞ Konqresinin 25 respublikaçı üzvündən ibarət nümayəndə heyətinin başçısı kimi bu həftə İsraildə səfərdədir. O, Konqresdə yeganə yəhudi respublikaçı konqresmendir.

Qanuvericinin sözlərinə görə, İran Yaxın Şərq sülh prosesi qarşısında ən böyük maneədir, çünki nüvə silahları istehsal etsə, o, həm İsrail, həm Birləşmiş Ştatlar üçün təhlükə yaradır.

İran nüvə proqramının dinc mahiyyət daşıdığını bildirir.

Konqresmen Kantor iki dövlətin mövcudluğu şərtilə həllə dəstəyini bildirmək üçün İordan çayının Qərb sahilində Fələstin liderlərilə görüşüb.

XS
SM
MD
LG