Accessibility links

Kərbəla ziyarətindən qayıdan on şiə zəvvar həlak olub


İraq rəsmilərinin bildirdiyinə görə, bu gün bir neçə bomba partlayışı səbəbi ilə Kərbəla ziyarətindən qayıdan on şiə zəvvar həlak olub, çoxsaylı insan xəsarət alıb. Bombalardan biri zəvvarları daşıyan avtobus Sədr şəhərinə daxil olarkən patlayıb. Az sonra isə daha iki bomba parlayışına mikro-avtobuslar məruz qalıb.

Dünən Bağdadın cənub bölgəsində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir şiə zəvvar həlak olmuşdu. Şiələr 12-ci İmamın ad gününü qeyd edir. Dindarlar Allah tərəfindən qeybə çəkilən imamın bəşəriyyətə sülh gətirərək, bir gün yer üzünə dönəcəyinə inanır.

XS
SM
MD
LG