Accessibility links

Prezident Obama avtomobil satışlarının artmasına yönələn proqramın genişləndirlməsi haqda qanunu imzalayıb


ABŞ prezidenti Barak Obama avtomobil satışlarının artmasına xidmət edən proqram üçün əlavə 2 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsinə bu gün imza atıb.

Senat proqramın genişləndirilməsinə dünən səs vermişdir.

Güzəştlər paketi avtomobil alanlar üçün endirim nəzərdə tutur.

Proqrama əsasən, benzinlə işləyən maşınını təhvil verib, yanacağa qənaət edən müasir avtomobil alan şəxslərə 4500 dollar miqdarında vəsait ödənilir.

Konqresin Nümayəndələr Palatası qanun layihəsini keçən il təsdiq etmişdi. Lakin onun maliyyələşdirilməsi üçün 1 milyard dollarlıq vəsait tükənmək üzrə idi.

Obama administrasiyası bildirib ki, Konqres proqramın müddətinin uzadılmasına səs verməsəydi, proqram təhlükə qarşısında qalırdı.

XS
SM
MD
LG