Accessibility links

ABŞ dövlət katibi Afrika səfərini Cənubi Afrika respublikasında davam etdirir


ABŞ dövlət katibi Hillari Klinton Afrika səfərini Cənubi Afrika respublikasında davam etdirir. Bu gün həmin ölkənin paytaxtı Pretoriyada Cənubi Afrikanın xarici işlər naziri Maite Nkoana-Mşabane ilə görüşən xanım Klinton deyib ki, ABŞ və Cənubi Afrika birgə çalışmaqla qonşu Zimbabvedə əsl sosial dəyişikliklərə nail olacaq.

Danışıqlardan sonra müxbirlərin suallarını cavablandıran dövlət katibi bildirib ki, Cənubi Afrikada sığınacaq tapan 3 milyon zimbabveli qaçqın o ölkənin hökumətinin insanlara qarşı biganəliyinin təcəssüm etdirir. Hillari KlintonVaşinqton və Pretorianın Zimbabve liderlərinə qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib.


XS
SM
MD
LG