Accessibility links

Venesuela Kolumbiyadakı səfirini yenidən Boqotoya göndərdi


Venesuela prezidenti Huqo Çaves Kolumbiyadakı səfirinə Boqotaya qayıtmaq barədə göstəriş verib. Bu gün açıqlama verən cənab Çaves təxminən bir həftə əvvəl Kolumbiyanın 7 hərbi bazada ABŞ qoşunlarını qəbul etmək planları ilə bağlı səfir Qustavi Markezi geri çağırmışdı. Birləşmiş Ştatlar Kolumbiya ilə bu barədə danışıqlar aparıb. Cənab Caves həmçinin Boqotonun ittihamlarına qəzəblidir. Kolumbiya iddia edir ki, Venesuela Kolumbiyanın FARC qruplaşması yaraqlılarını silahla təmin edir. Keçən ay Kolumbiya bildirmişdi ki, hüquq-mühafizə orqanları qruplaşmadan İsveçdə istehsal olunub Venesuelaya satılan silahlar müsadirə etmişdi.
XS
SM
MD
LG