Accessibility links

ABŞ Dövlət katibi Hillari Klinton Anqolanı demokratik islahatlar keçirməyə çağırıb


ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatları neft və qazla təchiz edən başlıca ölkə olan Anqolanı demokratik islahatlar sahəsində daha artıq fəaliyyət göstərməyə çağırıb.

Klinton bu gün Anqola paytaxtı Luandada Xarici İşlər naziri Assunkao Afonso dos Anjosla görüşdən sonra danışıqb. O, keçən il Anrolaqda qanunvericilik orqanına seçkilərdən razılığını ifadə edib və deyib ki, Birləşmiş Ştatlar Anqolanın yeni konstitusiyanı qəbul edib, insan hüquqlarını pozanları cəzalandıracağını, həmçinin vaxtında azad və ədalətli seçkilər keçirməsini gözləyir.

Anqolada 1992-ci ildən sonra prezident seçkiləri keçirilmir. Bu il keçirilməsi nəzərdə tutulan seçkilər 2010-cu ilə qədər təxirə salnıb.

Dövlət katibi Klinton sabah 30 ilə yaxındır vəzifədə olan Anqola prezidenti Xose Eduardo dus Santosla görüşməlidir.

ABŞ rəsmiləri Klintonun Anqola ilə münasibətləri möhkəmləndirməyə çalışağını bildiriblər. Onun həmçinin ölkə iqtisadiyyatının diversifikasiyasına nail olmaq və kənd təssürafı sahəsinə daha çox investisiya qoymağa çağıracağı gözlənilir.


XS
SM
MD
LG