Accessibility links

İran İraqla sərhəddən ölkəyə daxil olan üç amerikalını saxladığını rəsmən təsdiq edib


ABŞ-ın yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, İran İrqın şimalında dağlara qalxan üç amerikalını saxladığını bu gün təsdiq edib.

Milli təhlükəsizlik məsələləri üzrə müşavir, təqaüddə olan general Cim Cons NBC tele-şirkətinə müsahibəsi zamanı deyib ki, İran bu üç nəfərin saxlandığını rəsmən təsdiq edib.

Sonuncu dəfə onları iyulun 31-də İran və İraqın muxtar kürd regionu arasında sərhəd yaxınlığında görüblər. Birləşmiş Ştatlar İranla diplomatik münasibətlərə malik olmadığı üçün onlar haqda informasiya almaq üçün İrandakı İsveçrə səfirliyilə işləyir.

İran televiziyası üç amerikalını ölkəyə qeyri-qanuni daxil olan casus kimi qələmə verib.

XS
SM
MD
LG