Accessibility links

Meksikada ABŞ, Kanada və Meksika liderlərinin zirvə görüşü başlayır


Bu gün ABŞ prezidenti Barak Obama Meksikada Kanada və Meksikanın liderlərilə görüşür.

Şimali Amerika liderlərinin zirvə görüşünün diqqət mərkəzində dünya iqtisadiyyatının bugünkü durumu olacaq. Meksikanın Qvadalahara şəhərində keçirilən sammitdə habelə təhlükəsizlik, ticarət və H1N1 qripi müzakirə ediləcək.

Prezident Barak Obama, Meksika prezidenti Filipe Kalderon və Kanadanın baş naziri Stiven Harper arasında danışıqlarda əsas məsələ iqtisadi bərpa olaraq. Şimali Ameirkanın bu üç ölkəsi iqtisadi tənəzzüldən əziyyət çəkir, eyni zamanda, iş yerləri isə hazırda əsas etibarilə hazırda Asiya ölkələrində cəmləşir.

Vaşintondakı Amerika universitetində Şimali Amerika tədqiqatları mərkəzinin direktorlarından biri Robert Pastor deyir ki, Birləşmiş Ştatlar, Kanada və Meksika liderləri iqtisadi sistemin rəqabətə davam gətirilməsi məsələsini geniş müzakirə edəcəklər.

Onun sözlərinə görə, bu üç ölkənin iqtisadiyyatı hazırda zəifləyib və onların keçən illə müqayisədə səyləri daha da uyğunlaşdırıb məsləhətləşmələr aparması irəliyə doğru müsbət addım olardı.

Kanada Amerikanın əsas ticarət partnoyurudur, Meksika üçüncü yerdədir. Buna görə də sammitin gündəliyində ticarət əsas yerlərindən birini tutur.

Keçən il prezidentliyə namizəd Barak Obama 1993-cü ilin NAFTA adı ilə tanınan Şimali Amerika Azad Ticarətə dair Müqavilənin yenidən müzakirə edilməsinə çalışırdı. Bu müqavilə üç ölkənin iqtisadiyyatını bir-birilə bağlayır.

Lakin sonra prezident Obama fikrini dəyişdi və bu ilin fevral ayında Ottavaya səfəri zamanı Kanadanın liderinər dedi ki, indi o, NAFTA-nın daha yaxşı bir şəkildə həyata keçirilməsi məsələsinə diqqət verir.

“Mən Kanada iqtisadiyyatı üçün Birləşmiş Ştatlarla ticarətin nə qədər mühüm olduğu nəzərə alındıqda, Kanadanın narahatlığını başa düşürəm. Mən Baş nazir Harperi əmin etdim ki, ticarətin artmasını istəryirəm, onun azalmasını yox.”

Vaşinqtonda yerləşən Amerika Tərəqqi mərkəzinin direktor müavini Sabina Devan deyir ki, NAFTA müqaviləsinin yenidən müzakirə ediləcəyi gözlənilmir. Onun sözlərinə görə, hazırkı məqamda bu məsələ artıq ciddi təhlükə təşkil etmir.

Ticarətlə bağlı müzakirələrdə 787 milyard dollarlıq stimullaşdırma paketində “Buy American” adlanan maddənin yer alacağı gözlənilir. Burada ictimai layihələr üçün ABŞ istehsalı olan materiallardan istifadə nəzərdə tutulur. Bu maddə Vaşinqtonun dünya ölkələrində tərəfdaşları, xüsusilə də Kanada və Meksikada ticarət partnoyrlarının qəzəbinə səbəb olub. Meksikanın bir rəsmisi bunu Şimali Amerikada rəqabət üçün maneə kimi qiymətləndirib.

Şimali Amerika ölkələrinin sammitində habelə enerji və ətraf mühitin qorunması məsələlərindəəmkdaşlıq da müzakirə ediləcək. Baş nazir Harper bu ilin fevral ayında prezident barak Obama ilə görüş zamanı bu danışıqlar üçün əsas hazırlamışdı.

“Biz hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin təmiz enerji yaradılması, istixanə qazlarının azaldılması sahəsində texnolgiyların inkişaf etdirilməsi və iqlim dəyişikliyilə mübarizə məsələlərində əməkdaşlıq etməsini nəzərdə tutan ABŞ-Kanada təmiz enerji dialoqunu yaradırıq.”

Kanada və Meksika Birləmiş Ştatların iki ən böyük xarici enerji mənbəyidir.

Qaudalahara zirvə görüşündə gündəmdə olan bir məsələ də bu ilin əvvləli Meksika və Birləşmiş Ştatlarda yayılan H1N1 donuz qripinin yenidən yaylmağa başlaması olacaq.

Pan-Amerikan Səhiyyə təşkilatının direktoru doktor Mirta Roses Peiaqo deyir ki, Şimali Amerika ölkələri qripin yayılmasının qarşısının alınmasında çox yaxşı səviyyədə əmkdaşlıq edə bildilər.
O deyir ki, bu ölkələr informasiyasının bölüşdürülməsində əməkdaşlıq edərək, təkcə öz aralarında deyil, həm də dünyanın digər ölkələri ilə birgə fəaliyyət göstərdirlər.

Zirvə görüşü zamanı üç ölkənin lideri təhlükəsizlik məsələsinin müzkairəsinə yer verəcəklər. Burada Meksikada narkotik kartellər və Kanadanın Vankuver şəhərində mütəşşəkil cinayətə qarşı mübarizə məsələsi diqqət mərkəzində olacaq.

Prezident Obama və Meksika prezidenti Felipe Kalderon arasında həmçinin mühacirət məsələsinin müzakirəsi də yer alacaq.



XS
SM
MD
LG