Accessibility links

3 amerikalının azadlığa buraxılması tələbi ilə İrana müraciət edilib


İraqın xarici işlər naziri Hoşyar Zebari icazəsiz sərhədləri keçmək ittihamı ilə İranda nəzarət altına alınan 3 amerikalının azadlığa buraxılması tələbi ilə İrana müraciət edildiyini bildirib. Nazir amerikalıların saxlanmasının yalnız sərhədlərin qanunsuz keçilməsi ilə əlaqədar olduğunu və onların tezliklə azad ediləcəyinə ümid bəslədiyini deyib.

Keçən həftə cənab Zebari İranın İraqdaı səfiri Həsən Kazemi Qomi ilə müzakirə keçirmişdi.

Şane Bauer, Sara Şourd və Coş Fattal İranda iyul ayının 31-də İraqın Kürdüstan regionuna keçərkən saxlanıblar. İran mətbuatı onların casus olduğu barədə məlumat yayıb.

XS
SM
MD
LG