Accessibility links

Mehdi Kərrubi Əkbər Haşemi Rəfsəncaniyə məktub ünvanlayıb


İranın seçkilərində məğlubiyyətə uğrayan namizəd Mehdi Kərrubi seçkisonrası etiraz aksiyalarında iştirak etdikləri üçün nəzarət altına alının bir neçə qadın və kişinin həbsxanada zorlandığını bildirir. İranın qüdrətli ruhanilərindən biri olan Əkbər Haşemi Rəfsəncaniyə ünvanladığı məktubda Kərrubi yazır ki, qadınlar və cavan oğlanlar zorlamalar nəticəsində ciddi fiziki travma və psixoloji sarsıntıya məruz qalıb. Mehdi Kərrubi zorlamalarla bağlı istintaqa çağırıb.

İran həbsxanalarında indiyədək 3 nümayişçi öldürülüb. İranın polis rəsmiləri Kahrizak məhbəsində saxlanılan həmin şəxslərin təzyiqlərə məruz qaldığını təsdiq edib. İranın baş prokuroru Qurbanəli Dori-Nəcəfabadi ölüm hallarını "ağrılı qəza" kimi qiymətləndirib.

XS
SM
MD
LG