Accessibility links

İraqda şiələrə qarşı hücumlar səngimək bilmir


İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadda və ölkənin şimalında həyata keçirilən bomba hücumları azı 46 nəfərin ölümünə, yüzdən çox insanın yaralanmasına səbəb olub. Rəsmilər Mosul şəhərindən 20 km məsafədəki şiə kəndi Xəznədə iki yük maşınına yerləşdirilmiş bomba partlayışlarının azı 28 nəfərin ölümünə, 150 nəfərdən çoxunun yaralanmasına, 35 evin dağıldmasına səbəb olduğunu xəbər verir. Bağdad polsi isə bildirib ki, şəhərdə iki maşına yerləşdirlimiş bomba partlayışları nəticəsində 16 nəfər ölmüş, 80-nəfərdən çoxu yaralanmışdır. Üçüncü bomba hücumunun isə Səidiyə məhəlləsində həyata keçirildiyi və 2 nəfərin ölümünə, 14 nəfəin yaralanmasına səbəb olduğu xəbər verilir. Rəsmilər əsasən şiələrin çoxluq təşkil etdiyi məhəllələrin hədəf alındığını bildirirlər.

XS
SM
MD
LG