Accessibility links

Şimali Qafqazda polislər öldürülüb


Rusiyanın Şimali Qafqaz regionunda polis bildirir ki, militantlar onların maşınını saxlamış polisə atəş açaraq iki nəfəri öldürmüş, birini isə yaralamışlar. Dağıstan polisinin sözçüsü deyir ki, polislər cavab atəşi ilə bir militantı öldürmüşlər. Ötən həftə militantlar Çeçenistanda bir neçə polis maşınını pusquya salaraq 5 polisi qətlə yetirmişdilər. Polis Dağıstan paytaxtı Mahaçqalada başqa bir pusuda bir polis zabitinin öldürüldüyünü xəbər verir.
XS
SM
MD
LG