Accessibility links

İranın Xarici İşlər Nazirliyinin sözçüsü prezident Obamanın cavab üçün qoyduğu möhləti rədd edib


İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavi ABŞ prezidenti Barak Obamanın danışıqlar təklifinə cavab üçün sentyabr ayına qədər qoyduğu möhləti rədd edib. Keçən ay prezident Obama davranışını dəyişmək üçün İrana möhlət vermişdir.

Gələcəkdə hansı addımların atıla bilməsini müəyyən etmək üçün İranın nüvə ambisiyalarına dair dialoq aparmaq istəyini nümayiş etdirməsi vacib hesab edilir.

Həsən Qaşqavi qoyulmuş möhləti rədd edərək deyib ki, İran nüvə hüquqlarını müdafiə etmək məsələsində ciddidir və bu məsələdə məhdudiyyətləri qəbul etməyəcək.

Prezident Obamanın “İran yumruğunu açsa", onunla danışıqlar aparmaq təklifi İranın qərbi, xüsusilə də, ABŞ və Britaniyanı seçkidən sonra iğtişaşları qızışdırmaqda ittiham etməsindən sonra havadan asılı qalıb.

Vaşinqton və Avropa İttifaqı İran hökumətinin etiraz nümayişlərinin zorakı yolla dağıtmasını qəti şəkildə pisləmiş və İslam dövlətini həbs edilmiş yüzdən çox nümayişçi, fəal, habelə bir fransalı qadın və Britaniya və Fransa səfirliklərində çalışan iki iranlını məhkəmə qarşısına çıxarmaqda ittiham etmişdir.

Böyük Səkkizlər qrupu İrana sentyabr ayında nüvə ambisiylarını müzakirə etməyə razı olmaq üçün vaxt verib. Bunu etməsə,İran daha ciddi sanksiyalarla qarşılaşa bilər.

XS
SM
MD
LG