Accessibility links

Şirin İbadi İranda BMT-nin müşahidəçiliyi ilə təkrar seçkilərə səsləyib


İranlı Nobel sülh mükafatı laureatı Şirin İbadi İranda BMT-nin müşahidəçiliyi ilə təkrar seçkilərə səsləyib.Cənubi Koreyada səfərdə olan xanım İbadideyib ki, yeni prezident seçkiləriİran prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirən seçkilərdən sonrakı zorakılıqlara son qoya bilər. Şirin İbadi BMT-nin baş katibi Pan Gi Munun insan hüquqları sahəsində yol verilən pozuntuları gözləri ilə görməsi üçün İrana səfər etməsini istəyib. İranda seçkilərdən sonra minlərlə insan həbs edilib.Məhkəmələrdə son 10 gün ərzində kütləvi proseslər keçirilir. Xanım İbadi deyib ki, kütləvi mühakimələr məhkəmə proseslərinin dayandırılmalı olduğunu göstərir.


XS
SM
MD
LG