Accessibility links

Çeçenistanda yardım qrupunun müdiri güllələnib


Rusiyanın Çeçenistan Respublikasının rəsmiləri deyir ki, oğurlandıqdan az sonra Çeçen yardım təşkilatının müdiri və onun həyat yoldaşının güllələnmiş cəsədləri aşkar edilib. Memorial insan hüquqları qrupunun rəsmisi deyir ki, Zarema Sadullayeva və ərinin cəsədləri çərşənbə axşamı Çeçenistan paytaxtı Qroznı yaxınlığında tapılıb. Daxili işlər nazirliyinin rəsmiləri cəsədlərin güllələnmiş halda maşının baqajında aşkar olunduğunu xəbər verir. Memorial bildirir ki, naməlum şəxslər Sadullayeva və ərini günorta ofisdən oğurlayıblar.
XS
SM
MD
LG