Accessibility links

Birmanın müxalifət lideri Aung San Suu Kyinin hökmünə qəzəbli reaksiya verilir


Dünya ictimaiyyəti Birmanın müxalifət lideri Aung San Suu Kyiə qarşı ittiham və hökmə qəzəbli reaksiya verir. Avropa İttifaqı prezidentinin bəyanatında Birmanın hərbi rejiminə qarşı əlavə sanksiyalar tətbiq ediləcəyi bildirilir. Qurum müxalifət liderinə qarşı ittihamnamə və məhkəməni ədalətsiz adlandırıb.

Avropa İttifaqı məhkəmə qərarını milli və beynəlxalq qanunlara zidd adlandıraraq, Aung San Suu Kyinin dərhal azadlığa buraxılmasına çağırıb.

Britaniyanın baş naziri Qordon Braun mühakiməyə görə məyusluq və qəzəb hissi keçirdiyini deyib.


XS
SM
MD
LG