Accessibility links

Hillari Klinton Qərbi Afrikanın ən böyük neft istehsalçısı  Nigeriyadadır


ABŞ dövlət katibi Hillari Klinton Qərbi Afrikanın ən böyük neft istehsalçısı Nigeriyadadır. 7 Afrika ölkəsinin daxil olduğu səfər çərçivəsində xanım Klinton Nigeriya ilə münasibətlərin yaxşılaşdırılmasına çalışır. Dövlət katibi o ölkənin xarici işlər naziri Ojo Maduekve və prezident Umaru Yar Adua ilə görüşüb. Hillari Klinton qeyri-hökumət təşkilatları ilə də görüş keçirib.

Dövlət katibinin Afrika məsələri üzrə yardımçısı Conni Karsonun dediyinə görə, Nigeriya ilə əlaqələri möhkəmləndirmək istəyən ABŞ o ölkəni Böyük Səhraaltı regionda ən mühüm bir dövlət hesab edir.

Nigeriya hazırda korrupsiya, müsəlmanlar və xristianlar arasında dini ixtilaf və Niger Delta neft regionunda zorakılıqlar dövrünü yaşayır. Son üç il ərzində baş qaldıran bu zorakılıqlar Nigeriyanın neft istehsalına ciddi ziyan vurub.


XS
SM
MD
LG