Accessibility links

Əli Laricani həbsxanalarda zorlamalar barədə ittihamı təkzib edib


İran parlamentinin spikeri Əli Laricani prezident seçkiləri zamanı həbs edilən bəzi etirazçıların zorlamalara məruz qaldıqları barədə xəbəri təkzib edib. İran dövlət mediasının bildirdiyinə görə, bu gün Əli Laricani parlamentdə belə ittihamların əsassız olduğunu deyib. O, parlamentin etiraz aksiyaları zamanı həbs edilənlərin çoxunun saxlandığı Kəhrizək və Evin həbsxanalarında apardığı təhqiqatlar zamanı zorlamalara dair heç bir dəlil əldə etməyini deyib.

Cənab Laricani prezidentliyə namizəd Mehdi Kərrubinin həbsxanalarda qadın və yeniyetmə oğlanların zorlandıqları barədə yazdığı məktubu nüfuzlu din xadimi Əli Əkbər Haşemi Rəfsəncaniyə çatdırmasından sonra təhqiqat aparılmasına göstəriş verdiyini bildirib.


XS
SM
MD
LG