Rusiya
prezidenti Dmitri Medvedevin tənqidinə cavab verən yüksək rütbəli Ukrayna
rəsmisi bildirib ki, rus siyasətçi köhnəlmiş imperialist düşüncələrin
əsiridir. Partiyanın internet
səhifəsində yerləşdirilən bəyanatda Ukrayna prezidentinin kadrlar şöbəsinin
müdiri Vira Ulyanşenko Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham
edib. Cənab Medvedev dünən Ukraynanı
anti-Rusiya siyasəti yürütməkdə ittiham edərək Kiyevə yeni səfir göndərilməsini
qeyri-müəyyən müddətə təxirə saldığını elan edib. Bu mübahisə Ukraynada prezident seçkilərinə
bir neçə ay qalmış baş verir.