Accessibility links

İranda saxlanılan amerikalıların ailə üzvləri onların azad edilməsinə çağırır


Iraqdan İrana keçərkən saxlanılan üç amerikalının ailə üzvləri onların azad edilməsinə çağırırlar. Bu gün verdikləri bəyanatda Şeyn Bauer, Sara Shord və Joş Fattalın ailə üzvləri bildirir ki, onlar İraqın muxtar kürd regionunda dağlara qalxarkən təsadüfən İrana keçiblər. Onlar deyir ki, İran rəsmiləri birbaşa onlarla danışsa, onların İranı tərk edib ailə üzvlərinə qovuşmalarına imkan verərlər.

Vaşinqtonda Dövlət Departamenti bildirib ki, İran rəsmiəlri Tehrandakı İsveçrə səfirliyinə Beuer, Şord və Fattalın İranda saxlandıqları haqda məlumat veriblər. Dövlət Departamentinin bildirdiyinə görə, İran Vyana Konvensiyasına əsasən saxlanılanların konsulla görüşməsinə icazə verməlidirlər.

ABŞ-ın İranla diplomatik münasibətləri olmadığı üçün amerikalılar haqda məlumatı Tehrandakı İsveçrə səfirliyi vasitəsilə alır.

XS
SM
MD
LG